Əfqanıstanda 30 hərbçi öldürüldü

20 İyun 2018 11:50 (UTC+04:00)

“Report” “Reuters”ə isatinadən xəbər verir ki, bunu yerli hökumət nümayəndəsi bildirib.

Hadisə iyunun 20-də ölkənin şimal-qərbində yerləşən Badqis vilayətində baş verib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni Ramazan bayramı münasibətilə iyunun 15-dən 17-dək birtərəfli atəşkəs elan etmişdi.

“Taliban” qruplaşması atəşkəs rejiminin uzadılması təklifini qəbul etməyib.

AzNews.az