Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edildi

20 İyun 2018 13:50 (UTC+04:00)

AZƏRTAC Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.

Koti prefekturasında qeydiyyatda olan “Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.

İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.

AzNews.az