İsveçli diplomatdan 3 400 dollar pul oğurlandı

20 İyun 2018 19:23 (UTC+04:00)

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdə restoranların birində qeydə alınıb.

Cibgirlər "Paul" adlı fransız restoranına gəlmiş Morten Enberqin çantasından 3 400 dollar oğurlayıblar.

Cinayətkarların tapılması məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameralarında olan görüntüləri araşdırır.

AzNews.az