Öldürülmüş reperin fanatları dinc dayanmadı - İğtişaş yaratdılar (Video)

20 İyun 2018 20:30 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, bu haqda TMZ məlumat yayıb.

İfaçının tərəfdarları onun ölüm xəbərini eşitdikdən sonra Los Ancelesin küçələrinə axışıb. Reperin xatirəsini anmaq məqsədilə keçirilən dinc yürüş çox keçmədən asayışın pozulması ilə nəticələnib.

Çılğın fanatlar maşınların və evlərin üzərinə dırmaşıb və reperin mahnılarını oxuyub.

Polislərin hadisə yerinə gəlməsindən sonra onlar asayış keşikçilərini daş atəşinə tutub. Çevik polis dəstələri bibər qazı və rezin güllələrlə qarşılıq verib.

Görüntüləri sizə təqdim edirik:

AzNews.az