Elmar Məmmədyarov Belarusa getdi

21 İyun 2018 10:45 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.