Azərbaycanda bu xərclər 45% artırılır

21 İyun 2018 21:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, artım bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərclərinin 44,85% artırılaraq 64,591 mln. manat, digər kateqoriyaya aid edilməyən fəaliyyətə ayırmaların isə 1,3% artırılaraq 76,27 mln. manat olması, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, eləcə də radio, televiziya və nəşriyyat xərclərinin isə əvvəlki qaydada müvafiq olaraq 128,548 mln. manat və 57,721 mln. manat saxlanılması hesabına planlaşdırılır.