İranın Naxçıvandakı baş konsulu təltif edildi

21 İyun 2018 21:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də bununla bağlı sərəncam imzalayıb.

M.Ayrom Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında səmərəli əlaqələrin inkişafına görə mükafatlandırılıb.

Qeyd edək ki, Mənsur Ayrom İran İslam Respublikasının Naxçıvandakı baş konsulu vəzifəsində çalışır.