Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşdu - Yaralılar var

21 İyun 2018 22:11 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.