Ankarada seçkilər vaxtı terakt planlaşdıran İŞİD-çilər tutuldu

22 İyun 2018 09:31 (UTC+04:00)

Trend-in məlumatına görə, Ankara polisi İŞİD terror təşkilatının ölkədə seçkilər zamanı terror aktı planlaşdıran 14 üzvünü saxlayıb.

Saxlanılanların hamısının xarici vətəndaş olduğu bildirilir.

Onlardan partlayıcı vasitələr və odlu silahlar götürülüb.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

AzNews.az