Səudiyyə Ərəbistanı suriyalıları Həcc ziyarətinə buraxmır

22 İyun 2018 13:50 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

Nazirlik Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edir.

Qeyd edək ki, 2018-ci ilin Həcc ziyarəti avqustun 19-24-ü keçiriləcək.

AzNews.az