Avtobusda bıçaqlı hücum

22 İyun 2018 14:48 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, olay Sian şəhərində baş verib. Avtobusun “konduktor”u bildirib ki, naməlum şəxs bel çantasından mətbəx bıçağını çıxarıb və sərnişinlərə hücum edib. Daha sonra o avtobusdan düşüb və bu dəfə küçədəkilərin üstünə hücum çəkib. Bu zaman 8 nəfər xəsarət alıb. Polis kişini saxlayıb.

Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

AzNews.az