APA-nın məlumatına görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektində qeydə alınıb.
Həmin ərazidə piyadalar üçün keçid olmasına baxmayaraq, qarşı tərəfə avtomobil yolu ilə keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlu qəza şəraiti yaradıb və Səfərov Şirməmməd Nəzir oğlunun idarə etdiyi "Geely" markalı "London taxi" avtomobilinin zərbəsinə tuş gəlib.
Yol qəzasının təfərrüatları araşdırılır.