Livanda qadın polislər turist cəlb etmək üçün şortik geyiniblər - Video

23 İyun 2018 09:30 (UTC+04:00)

“Report” xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər.

Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib.

"Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.