Efiopiyada baş nazirə sui-qəsd zamanı 4 nəfər həlak oldu

23 İyun 2018 15:21 (UTC+04:00)

Bu barədə "Report" AR-a istinadən xəbər verir.

Bildirilir ki, partlayış zamanı səhnədə olan Ə.Əhməd xəsarət almayıb.

Mitinqin təşkilatçısı Seyum Teşome deyib ki, sui-qəsd baş nazirə qarşı hazırlanıb: "Həmin şəxs səhnədə oturan baş naziri hədəf kimi seçmişdi, lakin kütlə ona imkan vermədi".

Onun sözlərinə görə, sui-qəsddə iştirakda şübhəli bilinən 3 nəfər - iki kişi və bir qadın həbs edilib.

AzNews.az