27 yaşlı oğlanı baltaladılar

23 İyun 2018 16:47 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az