Kürdəmirdə yaşlı kişini maşın vurdu

24 İyun 2018 13:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,1963-cü il təvəllüdlü şəhər sakini Salahov Tahir Allahverdi oğlu Babək prospektində yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.