“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəldi - Fotolar

24 İyun 2018 16:07 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib.

İyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.