Bu il əhaliyə satılan məhsulun ümumi miqdarı nə qədər olub?

24 İyun 2018 17:11 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.