Daha bir məscid əsaslı təmir ediləcək - Foto

24 İyun 2018 18:52 (UTC+04:00)

AzNews.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Abşeron rayonunda tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır Cümə məscidinin vəziyyəti ilə yaxından tanış olub.

Cümə məscidin əsaslı təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Sonra Masazırda Şəhidlər abidə kompleksi və Şəhidlər Parkının salınması üçün tapşırıq verilib.

Şəhid ailələrinin üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.