Türkiyədə parlament seçkilərində səslərin 72 faizi sayıldı

24 İyun 2018 21:54 (UTC+04:00)

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 55,74%, “Millət ittifaqı” 32,84%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,12 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

AzNews.az