“Azərbaycan həmişə konstruktiv mövqe nümayiş etdirib” - Volodin

25 İyun 2018 12:43 (UTC+04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib.

V. Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: “Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”.

AzNews.az