AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 24-dən başlayaraq ştatın şimalında tüğyan edən meşə yanğınları indiyədək onlarla tikilini, o cümlədən yaşayış binalarını məhv edib.
Yanğınsöndürənlər quraqlıq və güclü külək səbəbindən vəziyyətin daha da mürəkkəbləşdiyini bildirirlər.
Qeyd edək ki, 6,5 kvadratkilometr əraziyə yayılmış meşə yanğınları ilə mübarizəyə yanğınsöndürmə xidmətinin 250-dək əməkdaşı və çox sayda xüsusi texnika, o cümlədən helikopterlər cəlb olunub.
AzNews.az