Yaponlar ABŞ bazası üçün yeni aerodromun tikintisinə etiraz edirlər

25 İyun 2018 16:22 (UTC+04:00)

Trend-in məlumatına görə, etirazçılar 70 baydarka və hava ilə doldurulan qayıqla Henoko qəsəbəsində gələcək aerodromun tikiləcəyi əraziyə yaxınlaşıblar. Nümayişçilərin yarısı maneələri aşaraq inşaat zonasına girməyə cəhd edib.

Yaponiya sahil mühafizəsi qayıqlarda olan etirazçıları saxlayıb.

Nümayiş iştirakçıları "Okinavadan bütün bazaları çıxardın!", "Henokoda yeni baza tikilməməlidir!" şüarları səsləndiriblər.

AzNews.az