Ərdoğan iyulun 8-də and içəcək

25 İyun 2018 17:46 (UTC+04:00)

“Report” “Haber7”yə istinadən xəbər verir ki, andiçmədən sonra o, dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.

Həmin gün Türkiyə Böyük Millət Məclisində yeni deputatların andiçmə mərasimi də olacaq.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkisində R.T.Ərdoğan qalib gəlib. O, 52,55 faiz səs toplayıb.

AzNews.az