DÇ-2018-də yeni rekord

25 İyun 2018 22:51 (UTC+04:00)

AzNews.az Apasport-a istinadən xəbər verir ki, mundiallar tarixində meydana çıxan ən yaşlı oyunçunun adı yenilənib.

Belə ki, bu gün A qrupunun üçüncü tur matçında Səudiyyə Ərəbistanı ilə oyuna start heyətində başlayan Misir millisinin qapıçısı, 45 yaşlı Essam Əl-Hadari dünya çempionatlarının ən “qoca” oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord DÇ-2014-də oynayan Kolumbiya millisinin keçmiş qapıçısı Ali Farid Kamilo Mondraqona (43 yaş) məxsus idi.