"Futbolçularımızı tənqid etmək lazım deyil"

23 Mart 2013 13:40 (UTC+04:00)
AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2014-ün seçmə mərhələsinin millimizin Lüksemburqa qarşı keçirilən oyunundan sonra görüşlə bağlı fikirlərini bidirib

AzNews-un 1news.az saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, milli komandamız pis oynamayıb, sonadək mübarizə aparıb.

"Ümumilikdə mən oyundan razıyam. Amma heç-heçə məni qane etmədi. Hakim bir epizodda rəqib qapısına penalti təyin etməliydi. Bir epizzodda top dirəyə dəydi. Futbolçularımızı tənqid etmək lazım deyil. Onlar qol vurmasalar da, kobud səhvlərə yol vermədilər. Portuqaliya ilə qarşıdakı matça gəlincə, bu haqda həmin oyundan sonra danışarıq" –, deyə R.Abdullayev qeyd edib.

AzNews.az