ATV-də dava - İki aşıq bir-birini təhqir etdi - Video

9 İyul 2018 17:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə ATV kanalında yayımlanan və Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” proqramında baş verib.

Aşıq Namiq Fərhadoğlu efirdə həmkarına “bir dinləmək qabiliyyətin olsun” deyə irad bildirib. Bundan əsəbiləşən Fəzail Miskinli həmkarının əlindən tutaraq onu “razborka”ya çağırıb. Tərəflər arasında yaranan əlbəyaxa davada hər iki aşıq bir-birini təhqir edib.

Bahar RÜSTƏMLİ
AzNews.az