"Sabah sərfəli nəticə qazanmağa çalışacağıq" - Qurban Qurbanov

10 İyul 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovSloveniyada "Olimpiya"ya qarşı keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis komandasını çətin və maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

"Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır. Bizim də bəzi problemlərimiz var. Buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.