Dünya Çempionatında ilk finalçı məlum oldu

10 İyul 2018 23:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ilk yarım final oyununda Fransa və Belçika milliləri qarşılaşıb.

Görüşdə 51-ci dəqiqədə Fransa yığmasının heyətində fərqlənən müdafiəçi Umititinin vurduğu qol yeganə olub.

Beləliklə də, Belçikaya 1:0 hesabı ilə qalib gələn fransızlar finalda öz rəqiblərini gözləyirlər.

Qeyd edək ki, növbəti finalçı sabah axşam 22:00-da keçiriləcək İngiltərə-Xorvatiya matçından sonra bilinəcək.