Biri anasını qətlə yetirib, digəri isə... - Polisləri öldürən şəxslər kimlər olub?

11 İyul 2018 14:20 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, şübhəlilərdən biri - 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə edilib. O, 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. İkinci dəfə isə Rusiyada məhkəmə qarşısına çıxarılıb və oğurluğa görə 1,6 il həbs cəzası alıb.

Polislərin öldürülməsində şübhəli bilinən digər şəxs Fərrux Qasımovun qardaşı Ramin Qasımov da cinayətkardır. 2016-cı ilin sentyabr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərbə vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir.

Qeyd edək ki, Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı paylaşımlar yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyev adlı şəxsdir. O yazır:

“Qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir, yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsin vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil”.

Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirmişdir.

Elgün
AzNews.az