Fermerlə 10 mln. manatlıq kredit veriləcək

11 İyul 2018 18:14 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq həmin məbləğdən 1,5 mln. manatını 40 fermer götürüb: “Ölkənin 20-dən çox rayonundan 40 fermer kredit əldə edib. Bu, kənd təsərrüfatı yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik, qoyunçuluq, iri buynuzlu maldarlıq, həmçinin qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər fermerlərə kömək məqsədilə onlara əlavə vəsait ayıra biləcəyik".

M. Əliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaiti 2%-lə kredit təşkilatlarına, onlar da 7% olmaqla fermerlərə verirlər: “Məqsədimiz faiz dərəcələrin artırılması deyil, əksinə azaldılmasıdır. Hazırda bazar araşdırması aparırıq. Çünki bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir. Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir".