Ağstafada təcili yardım maşını qəzaya uğradı - Yaralılar var

11 İyul 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü. Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.