Qarabağ avrokuboka qələbə ilə başladı

11 İyul 2018 23:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının təsnifat mərhələsində Qarabağ klubu Sloveniya Olimpiyası ilə qarşılaşıb.

Görüş isə təmsilçimizin 0:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu komandamızın heyətində Vild-Donald Gerye vurub. O, 79-cu dəqiqə fərqlənə bilib.

Qeyd edək ki, cavab qarşılaşması isə iyul ayının 18-də Bakıda keçiriləcək.