Qarabağ kanalında batdığı ehtimal edilən şəxsin axtarışları aparırlır

14 İyul 2018 21:43 (UTC+04:00)

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qarabağ kanalının Ağcabədi rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzNews.az