Tramp Kimi “dahi şəxsiyyət” adlandırdı

15 İyul 2018 10:34 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.

“Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, - deyə Tramp qeyd edib.

“Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib”, - deyə D.Tramp əlavə edib.

Qeyd edək ki, tarixdə ilk ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib.

AzNews.az