Xaçmazda ikimərtəbəli ev yandı - Foto

15 İyul 2018 16:28 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın şəhərin Əli Bayramov küçəsində Kərim Ağaverdiyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.