Böyük Britaniya şahzadələri Trampla görüşməkdən imtina ediblər

16 İyul 2018 09:02 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə “Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə iştirakdan imtina etdilər. Kraliçanın orada tək olması çox qəribədir. Adətən onu həmişə kimsə müşayiət edir”, - deyə mənbə bildirib.

Nəşrin məlumatına görə, Tramp-Yelizaveta görüşü zamanı şahzadə Uilyam polo üzrə xeyriyyə yarışında iştirak edib, şahzadə Çarlz isə Qlosterşir qraflığı polis idarəsinin tədbirinə qatılıb.