"Keşlə"nin baş məşqçisindən istefa - Foto

16 İyul 2018 18:34 (UTC+04:00)

AzNews.az Klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvar ayında "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.