Bu şəxslər Bilik Fondunun Himayəçilik Şurasına üzv seçildilər - Siyahı

16 İyul 2018 19:12 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin ediliblər.

Siyahını sizə təqdim edirik:

Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri
Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri
Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.