Taliban Əfqanıstanda 15 polisi qətlə yetirdi

17 İyul 2018 20:07 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatorunun mətbuat katibi Daud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, gecə ərzində bir neçə insidentin baş verib.

Yaraqlılar ölkənin şimal-şərqindəki polis mərkəzinə hücum ediblər. Altı polis əməkdaşı həlak olub, 10 nəfər yaralanıb, 25 talibançı isə məhv edilib. Qəndəhər əyalətinin cənub-şərq hissəsində Talibanla toqquşmalar zamanı isə 9 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 5 nəfər yaralanıb.

Qeyd edilib ki, Taliban bölgədəki dörd nəzarət nöqtəsini ələ keçirib.