Azərbaycanlı futbolçu "Trabzonspor"a qələbə qazandırdı - Video

17 İyul 2018 23:39 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə yoxlama matçında iştirak edib.

Oyuna 67-ci dəqiqədə daxil olan Şeydayev bundan 5 dəqiqə sonra rəqib qapısına yol tapıb.

O, rəqib qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirərək, tora göndərib.

Şeydayevin qolu oyunda həlledici olub. Belə ki, məhz futbolçumuzun vurduğu qol oyunun yekun hesabını müəyyən edib. Matç "Trabzonspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüntünü sizə təqdim edirik: