Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda polipropilen zavodunun açılışında iştirak ediblər

18 İyul 2018 15:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış etdilər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verildi.

Dövlət başçıları müəssisənin məhsullarına baxdılar.

AzNews.az