Kərkükdə 3 ardıcıl partlayış - Yaralılar var

18 İyul 2018 23:52 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

AzNews.az