Azərbaycanda 10 min nəfərə 15 vəkil düşəcək

19 İyul 2018 10:33 (UTC+04:00)

APA-nın məlumatına görə, bununla da Azərbaycanda vəkillərin sayı 1500 nəfəri ötüb.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, 3 ay əvvəl Azərbaycanda 10 min nəfərə 9 vəkil düşürdüsə, bundan sonra 10 min nəfərə 15 vəkil düşəcək.