İstanbulda təhlükəli qadın terrorçu tutuldu

19 İyul 2018 21:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Məryəm Özsögüt bu gün təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində ələ keçib. O, İstabulun Sarıyer adlı hissəsində gizlənirmiş.

Özsögüt, DHKP/C terror təşkilatının rəhbər şəxslərindən sayılır. Onunla birlikdə daha iki şəxsin şübhəli qismində saxlanıldığı bildirilir.

Terrorçunun tutulduğu evdən tapança, çoxlu sayda patron, terrorçuluqda istifadə olunan digər ləvazimat və ədəbiyyat ələ keçirilib.