Gürcüstanda rəhbər şəxslərdən biri istefa verdi - Foto

20 İyul 2018 19:35 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, G. Mqebrişvili istefa xahişi ilə baş nazir Mamuka Baxtadzeyə müraciət edib. M. Baxtadze onun müraciətini təmin edib.

Qeyd edək ki, G. Mqebrişvili ötən ilin noyabrından Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri idi. 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabrına qədər isə o, Gürcüstanın daxili işlər naziri olub.

AzNews.az