Tramp Putini Vaşinqtona dəvət etdi - Foto

20 İyul 2018 21:24 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Sanders açıqlama verib.

O qeyd edib ki, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə iki lider arasındakı görüşdə hər iki ölkənin təhlükəsizlik şuraları tərəfindən dialoqun davam etdirilməsi razılaşdırılıb:

“Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltona prezident Putini payızda Vaşinqtona dəvət etməyi tapşırıb. Bu mövzuda danışıqlar davam edir”.

Qeyd edək ki, Donald Tramp Putinlə ikinci görüşü səbirsizliklə gözlədiyini bildirib.

Xatırlada ki, iyul ayının 16-da hər 2 lider Helsinkidə bir araya gəlmişdi.