2020-Tokio Olimpiya Oyunlarının talisman adları belə olacaq - Foto

22 İyul 2018 11:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Talismanlara Miraytova və Someyti adları verilib.

Miraytova iki yapon sözünün - “miray” (gələcək) və “tova” (əbədiyyət) sözlərinin birləşməsindən ibarətdir. Burada əbədi xoşbəxt gələcək barədə arzu öz əksini tapıb.

Someyti isə, Someyyoşino sakura növündən götürülüb və ona həm də kral gilənarı deyirlər. Sakura rəngində boyanmış Someyto özündə Yaponiyanın ürəyini və paralimpiyaçı atletlərin qeyri-adi bacarığını əks etdirir