Cüdoçumuz Praqada gümüş medal qazandı

23 İyul 2018 17:00 (UTC+04:00)

Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub.

Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

AzNews.az