Ermənistanda 16 min nəfər müasir köləlikdə yaşayır

23 İyul 2018 18:00 (UTC+04:00)

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə "Walk Free Foundation" beynəlxalq qeyri-kommersiya təşkilatının hesabatında deyilir.

Müasir kölləliyin nisbi göstəricisi üzrə Ermənistan dünyanın 167 ölkəsi arasında 68-ci, Avropanın və Mərkəzi Asiya ölkələri arasında isə 50 ölkə arasında 13-cü yeri tutub.

Fondun məlumatlarına görə, dünyada müasir köləlikdə olan 40,3 milyon insan var, onların 71 faizi isə qadınlardır.

AzNews.az